USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İsmayıllıda evdən 3.5 kq narkotik və odlu silah aşkarlanıb.


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 247 dəfə oxunub
İsmayıllıda evdən 3.5 kq narkotik və odlu silah aşkarlanıb.

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və müvafiq sənədləri olmadan odlu silah saxlayan şəxs tutulub.

Simurq.net informasiya agentliyinin məlumatına görə, üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Niyaz Adıgözəlov saxlanılıb. Şəxsi axtarış zamanı ondan üç ədəd kağız bükümdə 1,6 qram qurudulmuş marixuana aşkar olunub.

Davam etdirilən əməliyyat tədbirləri ilə saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan şüşə qablarda, karton qutularda və sellofan torbalarda çətənə bitkisindən kustar üsulla hazırlanmış, ümumi çəkisi 3 kiloqram 511 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Cahangir Novruz



Oxşar xəbərlər