USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İsmayıllıda vaksinasiyanın növbəti mərhələsinə start verilib


  • Gündəm,
  • 6 ay əvvəl əlavə olunub,
  • 63 dəfə oxunub
İsmayıllıda vaksinasiyanın növbəti mərhələsinə start verilib

İsmayıllıda da COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılıb.

Rayon icra hakimiyyətindən bildirilib ki, bu mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunacaqlar. Xəstəxanada yaradılan peyvənd otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Vaksinasiyanın növbəti mərhələsinin başlandığı bu gün günortayadək 27 nəfər rayon sakininə peyvənd vurulub.

Qeyd edək ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşı 65-i ötmüş sakinlərə könüllülük əsasında vurulur. Vaksin immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından insanı qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm hallarını minimuma endirir. Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Randevu sistemi yaşı 65 və yuxarı olan, həmçinin son bir il ərzində COVID-19 analizinin nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub. Onlayn qeydiyyatdan keçə bilməyən vətəndaşlar isə birbaşa rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinə və yaxud qaynar xəttə müraciət edə bilərlər.

Hazırda rayon icra hakimiyyətinin başçısı yanında yaradılan mobil qruplar tərəfindən yaşı 65-dən yuxarı insanlarla görüşlər keçirilir, vaksinasiya olunmaları üçün maarifləndirilmə işləri davam etdirilir. Habelə, onların razılığı olduğu halda onlayn qeydiyyatdan keçirilməsinə köməklik göstərilir. Bundan əlavə, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə bildirişlər hazırlanıb vətəndaşlara paylanılır, onlara bu işlərdə lazımi dəstək göstərilir.

Cahangir Novruz


Oxşar xəbərlər