USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İspaniyada etiraz aksiyalarında onlarla insan saxlanıldı


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 3339 dəfə oxunub
İspaniyada etiraz aksiyalarında onlarla insan saxlanıldı

İspaniyada terrorçuluğu təbliğ etməkdə təqsirləndirilən reper Pablo Aselin həbsinə etiraz olaraq keçririlən aksiyada 49 nəfər saxlanılıb.

“Simurq.net” xəbər verir ki, bu barədə “El Periodico” qəzeti məlumat verib.

Paytaxtda etiraz aksiyası mərkəzi “Puerta-del-Sol” meydanında başlayıb. Aksiyanın aqressiv iştirakçıları polisə müxtəlif əşyalar atmağa, şəhərə ziyan vurmağa başlayıblar. Nəticədə polis dəyənəkdən istifadə ilə güc tətbiq etməli olub. ABC qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

“Europa Press agentliyi isə Madriddə qarşıdurmalar zamanı 9 nəfərin xəsarət aldığını xəbər verir.


Oxşar xəbərlər