USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İsveçrədə ictimai yerlərdə niqab və çadra geyilməsi qadağan oluna bilər


  • Dünya,
  • 3 ay əvvəl əlavə olunub,
  • 43 dəfə oxunub
İsveçrədə ictimai yerlərdə niqab və çadra geyilməsi qadağan oluna bilər

Bu gün İsveçrədə ictimai yerlərdə üzün örtülməsinin qadağan edilməsilə bağlı referendum keçirilir.

TASS xəbər verir ki, ölkədə aparılan ictimai rəy sorğusunun nəticəsinə görə, əhalinin 56%-i qadağanın lehinə səs verməyə hazırdır.

Qanun layihəsinə əsasən, İsveçrə sakinlərinə və ölkəyə gələn əcnəbilərə ictimai nəqliyyat, inzibati binalar, restoran və mağazalar, stadionlar, eləcə də digər kütləvi yerlərdə üzlərini örtmək qadağan olunacaq. Yalnız dini müəssisələrdə, tibbi səbəblərdən və hava şəraitindən asılı olaraq üzün bağlanmasına icazə verilə bilər.

Əgər referendum qanun layihəsinin qəbul edilməsilə başa çatarsa, İsveçrədə ictimai məkanlarda niqab və çadra kimi islami geyimlər qadağan olunacaq.


Oxşar xəbərlər