USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İtaliya Senatı Draqinin başçılıq etdiyi hökumətə etimad göstərib


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 2718 dəfə oxunub
İtaliya Senatı Draqinin başçılıq etdiyi hökumətə etimad göstərib

İtaliya Senatı Nazirlər Kabinetinin sədri Mario Draqinin rəhbərlik etdiyi yeni hökumətə etimad göstərib.

“Report” xəbər verir ki, bu barədə “Varese News” bildirib.

Nəşr qeyd edir ki, Nazirlər Kabinetinin lehinə 262 nəfər səs verib, 40 senator ona qarşı çıxıb. İki nəfər səsvermədə iştirakdan imtina edib.

Bu halda minimal hədd 161 səs təşkil edir.

"Göstərilən hörmətə görə sizə təşəkkür edirəm, bu, mənim rəhbərliyim altında olan hökumətin fəaliyyəti ilə əsaslandırılmalı və təsdiqlənməlidir", - Draqi deyib.

Avropa Mərkəzi Bankının keçmiş sədri Mario Draqinin rəhbərlik etdiyi İtaliyanın yeni hökuməti fevralın 13-də Prezident Serjo Mattarellanın iştirakı ilə respublikaya sədaqət andı içib.

Yeni Nazirlər Kabinetinin 23 üzvü var. Hökumətdə bütün siyasi partiyalar təmsil olunur. Keçmiş baş nazir Cüzeppe Kontenin hökumətindək bəzi nazirlər, o cümlədən xarici işlər naziri Luici Di Mayo, daxili işlər naziri Luçanu Lamorceze, müdafiə naziri Lorenso Querini, səhiyyə naziri Roberto Speransu, mədəniyyə naziri Dario Françeskini öz postlarını qoruyub.


Oxşar xəbərlər