USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İtaliyada son sutkada 13 minədək insanda koronavirus aşkar olunub


  • Dünya,
  • 8 ay əvvəl əlavə olunub,
  • 591 dəfə oxunub
İtaliyada son sutkada 13 minədək insanda koronavirus aşkar olunub

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 12 956 nəfərin yoluxduğu təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 336 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 92 338 nəfərə çatıb. Ölkədə hazırda 410 111 aktiv koronavirus xəstəsi var, onlardan 2128-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 668 266 nəfərdən 2 165 817 nəfər (son sutkada 16 467 nəfər) sağalıb.


Oxşar xəbərlər