USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İtaliyanın Konqodakı səfiri yaraqlıların hücumu nəticəsində öldürülüb


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 53 dəfə oxunub
İtaliyanın Konqodakı səfiri yaraqlıların hücumu nəticəsində öldürülüb

İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub.

Simurq.net in "Telegraph"a istinadən verdiyi xəbərə görə, yaraqlılar ölkənin şərqində yerləşən Kanyamahoro şəhəri yaxınlığında BMT-nin konvoyuna hücum edib.

Hücum nəticəsində üç nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur.

Məlumata görə, hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.

Səfirin həlak olması xəbərini İtaliya Xarici İşlər Nazirliyi də təsdiqləyib.


Oxşar xəbərlər