USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İtaliyanın yeni Baş naziri Mario Draqi olacaq


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 1161 dəfə oxunub
İtaliyanın yeni Baş naziri Mario Draqi olacaq

Avropa Mərkəzi Bankının sabiq rəhbəri Mario Draqi İtaliyanın yeni hökumətinə rəhbərlik etməyə razılıq verib.

Simurq.net TASS-a istinadən xəbər verir ki, bu barədə Kvirinal Sarayının mətbuat xidməti Cüzeppe Kontenin istefasından sonra 3 fevral tarixində kabinet qurmaqla bağlı tapşırıq verən ölkə prezidenti Serco Mattarella ilə Draqinin görüşündən sonra bəyan edib.

Bundan əvvəl isə siyasi partiyalarla bir sıra məsləhətləşmələr aparılıb və onların əksəriyyəti Draqini dəstəklədiklərini bildiriblər. Andiçmə mərasimi şənbə günü saat 12:00-da (Bakı vaxtı ilə 15:00) baş tutacaq.


Oxşar xəbərlər