USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Kanadada təyyarə qəzaya uğrayıb


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 543 dəfə oxunub
Kanadada təyyarə qəzaya uğrayıb

Kanada paytaxtının qərbində kiçikhəcmli özəl təyyarə qəzaya uğrayıb.

Simurq.net xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.

Hadisə kiçik Karp aeroportu yaxınlığında baş verib. Telekanalın verdiyi məlumata görə, iki nəfərlik “Blackshape BS100” tipli təyyarə meşə zolağına düşərək alovlanıb. Yanğınsöndürənlər alovu söndürməyi bacarıblar.

Təyyarənin göyərtəsində yalnız pilot olub, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Təyyarə qəzasının səbəblərinin müəyyənləşdirilməsi üçün hadisə yerinə Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının mütəxəssislər qrupu göndərilib.


Oxşar xəbərlər