USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Karantin qaydalarına rəğmən yas mərasimi keçirdilər


  • Gündəm,
  • 7 ay əvvəl əlavə olunub,
  • 82 dəfə oxunub
Karantin qaydalarına rəğmən yas mərasimi keçirdilər

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Mirzəməmmədkənd kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasiminin keçirildiyini müəyyən ediblər.

Bu barədə DİN-in mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb. 

Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları mərasimi təşkil edən ev sahibi və mərasimdə iştirak edən 13 nəfər şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunublar.


Oxşar xəbərlər