USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

“Kasımpaşa”nın futbolçusu Tovuza çağırıldı


  • İdman,
  • 8 ay əvvəl əlavə olunub,
  • 108 dəfə oxunub
“Kasımpaşa”nın futbolçusu Tovuza çağırıldı

19 yaşadək futbolçulardan ibarət millimizə (U-19) Türkiyənin “Kasımpaşa” klubundan futbolçu çağırılıb.

Simurq.net in məlumatına görə, Samir Əliyevin yetirmələri Tovuzda bugündən etibarən təlim-məşq toplanışına başlayacaq.

Yeni inşa olunmuş “Turan Tovuz” Futbol Akademiyasında baş tutacaq toplanış 19 martadək davam edəcək.

U-19 millimiz toplanış ərzində I divizion komandaları ilə gücünü sınayacaq. Belə ki, martın 13-də “Turan Tovuz”la, bir gün sonra isə “Kəpəz”lə yoxlama oyunu keçiriləcək.

Hazırlıq prosesinə 27 futbolçu dəvət olunub. Bunların arasında “Kasımpaşa”nın futbolçusu Kamal Kazımov da var.

Qeyd edək ki, bu futbolçu ötən ay U-18 millimizlə də Tovuzdakı təlim-məşq toplanışında iştirak edib. O əvvəllər U-17 millimizdə və “Keşlə”də oynayıb.


Oxşar xəbərlər