USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

KİV: Suriya İsrailin raket hücumlarını dəf edib


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 64 dəfə oxunub
KİV: Suriya İsrailin raket hücumlarını dəf edib

Suriyanın hava hücumundan müdafiə sistemləri Dəməşq üzərində İsrail raketlərini müəyyən ediblər və onların əksəriyyətini vurulub.

Bu barədə Suriyanın “SANA” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, şəhərətrafı ərazilərdə şiddətli partlayışlar eşidilib.

“Bu gün saat 01:18-də düşmən işğal olunmuş Suriyanın Qolan yüksəklikləri və Qaliley məntəqəsindən Dəməşq kənarındakı bir sıra hədəflərə raket zərbəsi endirib, hava hücumundan müdafiə sistemləri hücumu dəf edib və raketlərin çox hissəsini vurub”, - deyə agentlik hərbi mənbəyə istinadən bildirib.


Oxşar xəbərlər