USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Kolumbiyada mədəndə qalan dörd şaxtaçı xilas edilib


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 53 dəfə oxunub
Kolumbiyada mədəndə qalan dörd şaxtaçı xilas edilib

Kolumbiyanın qərbində yerləşən bir mədəndə çıxılmaz vəziyyətdə qalan dörd şaxtaçının xilas edilməsi istiqamətində aparılan əməliyyat uğurla başa çatıb.

Simurq.net in məlumatına görə, bu barədə yerli “La FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, insident şənbə günü günortadan sonra Kali bələdiyyəsində yerləşən kömür mədənində baş verib. Bir qrup şaxtaçı özlərini dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər və həkimlər cəlb olunub. Xilas edilən şaxtaçılar müxtəlif dərəcəli xəsarətlərlə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıblar.


Oxşar xəbərlər