USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Konqresmen Trampı məhkəməyə verib


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 2622 dəfə oxunub
Konqresmen Trampı məhkəməyə verib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin sədri, demokrat Benni Tompson eks-prezident Donald Trampı və onun vəkili Rudi Culianini məhkəməyə verib.  

Vaşinqton məhkəməsinə təqdim olunan müraciətdə bildirilir ki, Tramp, Culiani, eləcə də bir sıra ifrat sağ təşkilatlar əlbir olaraq, əvvəlcədən düşünülmış ssenari əsasında Kapitoliyə hücum təşkil ediblər. Onların məqsədi seçkilərin nəticəsinin tanınmasına imkan verməmək və Konqresin işinə maneə törətmək olub.

Konqresmen Trampı keçmiş prezident kimi yox, fiziki şəxs olaraq məhkəməyə verib. Onun tələb etdiyi təzminatın məbləği isə açıqlanmır.


Oxşar xəbərlər