USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Kürdəmir rayonu ərazisində yanğın hadisəsi olub.


  • Hadisə,
  • 6 ay əvvəl əlavə olunub,
  • 123 dəfə oxunub
Kürdəmir rayonu ərazisində yanğın hadisəsi olub.

Kürdəmirdə köhnə mehmanxanada yanğın baş verib

Simurq.net in bölgə müxbirinin məlumatına görə, hadisə rayonun H. Əliyev prospektində yerləşən köhnə mehmanxanada qeydə alınıb. Yanğın ümumi sahəsi 900 kv.m və 3 mərtəbədən ibarət olan binanın 3-cü mərtəbəsində otaqlardan birinin döşəməsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Cahangir Novruz


Oxşar xəbərlər