USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Kürdəmirdə iaşə obyektlərində reyd keçirilib


  • ,
  • 8 ay əvvəl əlavə olunub,
  • 451 dəfə oxunub
Kürdəmirdə iaşə obyektlərində reyd keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şamaxı regional bölməsinin əməkdaşları Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsindəki yolkənarı iaşə obyektlərində reyd keçirib.

Simurq.net in bölgə müxbiri xəbər verir ki, reyd zamanı 15-ə yaxın obyektdə sanitar-gigiyenik vəziyyət öyrənilib. Baxış zamanı həmin obyektlərin əksəriyyətində COVID-19 təhlükəsi ilə əlaqədar karantin rejimi qaydalarının pozulduğu, sanitar-gigiyenik normalara əməl edilmədiyi aşkar olunub. Müəyyən edilib ki, bəzi restoran və kafe sahiblərinə bu pozuntular barədə dəfələrlə xəbərdarlıq olunsa da, heç bir nəticə çıxarılmayıb.

Reyd zamanı 2 obyektin fəaliyyəti məhdudlaşdırılıb, 3 obyekt sahibi cərimələnib. Habelə, 5 obyekt sahibinə xəbərdarlıq edilib, qalan sahibkarlarla maarifləndirici söhbət aparılıb. Obyekt sahiblərinə Qida Təhlükəsizliyi Agentliyinin tətbiq etdiyi qaydalara ciddi şəkildə əməl etmək tövsiyə olunub.

Cahangir Novruz



Oxşar xəbərlər

İmişlidə seyfdən pul oğurlayan şəxs saxlanılıb
https://simurq.net/category/" title="">
  • 7 ay əvvəl
  • İmişlidə seyfdən pul oğurlayan şəxs saxlanılıb