USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Marina Lapenko: “Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün vacibdir”


  • Siyasət,
  • 5 ay əvvəl əlavə olunub,
  • 48 dəfə oxunub
Marina Lapenko: “Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün vacibdir”

“Müasir münaqişələr uzun müddət davam etdiyi üçün ticari-iqtisadi əlaqələrə əhəmiyyətli dərəcədə zərər verir. Dağlıq Qarabağ münaqişəsi Ermənistanın iqtisadi blokadasına, on illərdir formalaşmış əlaqələrin qırılmasına, otuz il ərzində bütün Cənubi Qafqazın işgüzar aktivliyinin və nəqliyyat-loqistika sisteminin inkişafının ləngiməsinə səbəb oldu”.

Bu sözləri “Caliber.Az”-a müsahibəsində rusiyalı analitik, “Avrasiya-Povoljye” İnformasiya Analitik Mərkəzinin direktoru Marina Lapenko Cənubi Qafqaz regionunda kommunikasiyaların bərpasının əhəmiyyəti barədə danışarkən deyib.

“Buna görə də “regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması” barədə razılaşmaları əsl sıçrayış, regionda nəqliyyat dəhlizlərinin inkişafında yeni mərhələnin başlanğıcı və regionun nəqliyyat təcridindən çıxışı hesab edə bilərik. Bu proses bir neçə il uzana bilər və əlbəttə ki, buna nail olmaq asan olmayacaq, çünki tərəfləri Rusiya sülhməramlıları ayırır və hələ vasitəçilər olmadan konstruktiv birbaşa dialoqdan çox uzaqdırlar. Ancaq başlanğıc qoyulub və bu sevindirməyə bilməz.

Hər şeydən əvvəl söhbət Zəngəzur dəhlizinin yenidən qurulmasından gedir (Qars - Naxçıvan - Mehri - Zəngilan - Bakı dəmiryolu və avtomobil məntəqələri ilə). Layihə həyata keçirildikdə Azərbaycanın əsas hissəsindən Naxçıvana və Türkiyəyə, Rusiyadan Türkiyə və Ermənistana, Ermənistandan isə Rusiya və İrana yeni nəqliyyat marşrutuna sahib olacaq (coğrafi amillərə görə birbaşa Ermənistan-İran sərhədi üzərindən dəmir yolu çəkmək çətindir).

Gələcəkdə tamhüquqlu Zəngəzur dəhlizi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə və Yeni İpək yoluna inteqrasiya edilə bilər ki, bu da Naxçıvan Muxtar Respublikasının sürətli inkişafına təkan verəcək. Buna görə regional oyunçular artıq layihənin həyata keçirilməsinə maraq göstərirlər.

Rusiyalı mütəxəssislərin əksəriyyətinin fikrincə, Naxçıvan dəmiryolu xəttində hərəkətin bərpası qərarı regional blokadadan çıxmağa kömək edəcək və regionun bütün dövlətlərinə onların gələcək inkişafı üçün stimul yaradaraq müsbət təsir göstərəcək.

“Dəhliz”in yenidən işə salınması Yaxın Şərq və Hind Okeanı bazarlarına alternativ quru yolu əldə edəcək Rusiya üçün faydalıdır. Rusiya Federasiyası artıq onlara Azərbaycan ərazisi vasitəsilə çıxış təcrübəsinə malikdir. AİB-lə azad ticarət zonasının yaradılması ilə bağlı tamhüquqlu sazişin imzalanması üçün danışıqlar aparılan İranla ticarət dövriyyəsini artırmaq fürsəti yaranır”, - deyə o bildirib.


Oxşar xəbərlər