USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Mars mənzərələrinin fonunda necə şəkil çəkdirmək olar?


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 75 dəfə oxunub
Mars mənzərələrinin fonunda necə şəkil çəkdirmək olar?

Amerika kosmik agentliyi NASA hər kəsi xüsusi bir virtual fotostenddə Mars mənzərələri fonunda şəkil çəkdirməyə dəvət edir.

Bu barədə fevralın 21-də qurumdan verilən məlumatda bildirilir.

“Artıq virtual foto kabinetində Mars mənzərələrinin fonunda şəkil çəkdirə bilərsiniz. Bunu etmək üçün sadəcə şəkli yükləməli və arxa fon seçməlisiniz. Sistem seçdiyiniz fotonu ​​avtomatik olaraq planet mənzərəsinin fonunda yerləşdirəcək”, - deyə NASA-dan məlumat verilib.

Xatırladaq ki, bir neçə gün öncə “Perseverance” kosmik roveri Mars planetinin səthinə eniş edib. Cihaz ilk olaraq planetdən çəkdiyi rəngli fotoşəkilləri Yerə göndərib.


Oxşar xəbərlər