USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq


  • Dünya,
  • 3 ay əvvəl əlavə olunub,
  • 57 dəfə oxunub
MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq

Müstəqil Dövlətlər Birliyində (MDB) İnsan hüquqları üzrə Komissiya yaradılacaq.

Simurq.net in “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni yaradılacaq komissiya insan haqlarının siyasiləşdirilməsi cəhdləri ilə mübarizə aparacaq: “Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər MDB insan haqları komissiyasının fəaliyyətə başlamasını aktual hesab edir. Komissiyanın yaradılması üzrə ekspert qrupunun iclası martın 4-də Minskdə keçirilib”.

Müzakirə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələrinin iştirakı ilə videokonfrans formatında baş tutub.


Oxşar xəbərlər