USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Mehriban Əliyevadan ICESCO-ya üzv dövlətlərə ÇAĞIRIŞ


  • Siyasət,
  • 6 ay əvvəl əlavə olunub,
  • 53 dəfə oxunub
Mehriban Əliyevadan ICESCO-ya üzv dövlətlərə ÇAĞIRIŞ

Elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. ICESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. 

Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirilən videokonfransda çıxışı zamanı deyib:

“Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır”.


Oxşar xəbərlər