USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Meksikada təhlükəli və saxta koronavirus peyvəndləri aşkarlandı


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 3264 dəfə oxunub
Meksikada təhlükəli və saxta koronavirus peyvəndləri aşkarlandı

Meksikada saxta koronavirus vaksinləri aşkarlanıb.

“Simurq.net” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib.

Ölkənin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin yaydığı məlumata görə, saxta preparat Nuevo-Leon ştatında aşkarlanıb.

Nazirlikdə əlavə ediblər ki, bununla bağlı araşdırma aparılıb. Yoxlama nəticəsində altı nəfər saxlanılıb.

"İmmunizasiyanın bu tipinin tətbiqi əhalinin sağlamlığını təhlükə altına alır", - nazirlikdə vurğulayıblar.

Nazirlik həmçinin vətəndaşları ayıq-sayıq olmağa və yalnız dövlət mərkəzlərində peyvənd edilməyə çağırıblar.


Oxşar xəbərlər