USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Millimiz “Qəbələ” ilə qarşılaşacaq


  • İdman,
  • 4 ay əvvəl əlavə olunub,
  • 50 dəfə oxunub
Millimiz “Qəbələ” ilə qarşılaşacaq

“Qəbələ” Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarına martın 18-də start verəcək.

XX turun “Zirə” ilə görüşündən (1:1) sonra üç günlük istirahəti başa vuran “qırmızı-qaralar” məşqlərə sabah başlayacaq.

Bölgə komandası fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda martın 25-də “Zirə” ilə üz-üzə gələcək.

“Qəbələ” ikinci sınaq matçını dörd gün sonra keçirəcək. “Qırmızı-qaralar” Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması (U-21) ilə qarşılaşacaq. “Qəbələ”nin futbolçusu Rüfət Əhmədovun da çıxış etdiyi U-21-lə görüş Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 4-də səfərdə “Sabah”a qarşı keçirəcək.


Oxşar xəbərlər