USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Millimizin sabiq müdafiəçisi "Qəbələ"nin məşqçisi oldu.


  • İdman,
  • 3 ay əvvəl əlavə olunub,
  • 63 dəfə oxunub
Millimizin sabiq müdafiəçisi "Qəbələ"nin məşqçisi oldu.

Millimizin sabiq müdafiəçisi "Qəbələ"nin məşqçisi oldu.

"Qəbələ"də yeni məşqçi təyinatı gerçəkləşib.

"Simurq.net"" klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

2016/17 mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.

Qeyd edək ki, Ramaldanov “Qəbələ”yədək “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, Gürcüstanda “Kolxeti” klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 görüş keçirib.


Oxşar xəbərlər