USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Mingəçevirdə kişi özünü Kürə atıb - YENİLƏNİB


  • Hadisə,
  • 3 ay əvvəl əlavə olunub,
  • 33 dəfə oxunub
Mingəçevirdə kişi özünü Kürə atıb - YENİLƏNİB

Bu gün Mingəçevir şəhərində özünü Kür çayına atan şəxsin kimliyi məlum olub.

Simurq.net in məlumatına görə, bu, 1954-cü il təvəllüdlü şəhər sakini Bayramov Qəzənfər Əlləz oğludur. Q. Bayramov xəstəxanada həkim nəzarəti altındadır.

Qeyd edək ki, batmaqda olan kişini iki gəzinti qayığını idarə edən şəxslərin çevik müdaxiləsi nəticəsində xilas etmək mümkün olub.

Qayıqçılar Qardaşəli İmanov və Fərid Əkbərovun birgə səyi nəticəsində Q. Bayramov sudan çıxarılıb.

***

14.57

Mingəçevirdə intihara cəhd olub.

Simurq.net in məlumatına görə, kimliyi hələlik dəqiqləşdirilməmiş şəxs özünü Kür çayı üzərindəki körpüdən çaya atıb.

Yaxınlıqdakı qayıqçı batmaq üzrə olan şəxsi sahilə çıxararaq həkim briqadasına təhvil verib.

O, xəstəxanaya yerləşdirilib.


Oxşar xəbərlər