USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Mingəçevirdə qanunsuz fəaliyyət göstərən heyvan kəsim məntəqəsi aşkar olunub. FOTO


  • Araşdırma,
  • 29 gün əvvəl əlavə olunub,
  • 22 dəfə oxunub
Mingəçevirdə qanunsuz fəaliyyət göstərən heyvan kəsim məntəqəsi aşkar olunub. FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Mingəçevir şəhəri, F. Əzimov küçəsində yerləşən fiziki şəxs Cabbarov Elşən Xalid oğluna məxsus heyvan kəsim məntəqəsində yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı məntəqədə baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, həmçinin girişdə dezbaryerin yerləşdirilmədiyi, istifadə olunan alət və ləvazimatların vaxtı-vaxtında yuyulub dezinfeksiya edilmədiyi, tullantıların məntəqə ərazisində açıq şəkildə saxlandığı və digər texniki normativ hüquqi aktların tələblərinə zidd olan nöqsanlar aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq kəsim məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.



Oxşar xəbərlər