USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Minik maşını yaşayış evinin divarına çırpıldı.


  • Hadisə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 266 dəfə oxunub
Minik maşını yaşayış evinin divarına çırpıldı.

Göyçay şəhərində qəza baş verib.

"Simurq.net"informasiya agentliyi bölgə müxbirinin verdiyi xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət etməkdə olan 23 BH 479 dövlət nömrə nişanlı "VAZ-2106"markalı minik maşını idarəetməni itirib. Nəticədə yaşayış evinin divarına çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verməmişdən bir neçə dəqiqə əvvəl sözügedən avtomobilin sürətlə ərazidə hərəkət etməsi halı müşahidə olunub.

Faktla bağlı araşdırma aparılır.

Cahangir Novruz


Oxşar xəbərlər