USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Misirdə fironların paradı keçiriləcək


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 63 dəfə oxunub
Misirdə fironların paradı keçiriləcək

Qahirədə 22 qədim Misir kral mumiyasından ibarət parad keçiriləcək, bundan sonra qalıqlar yeni məkana köçürüləcək.

Simurq.net xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Misir ilk dəfə olaraq “Fironların qızıl paradı”na hazırlaşır, paradda 18 kral və 4 kraliçanın qalıqları tarixi ardıcıllıq şəklində paytaxt küçələri ilə daşınacaq.

Hər bir mumiya qədim Misir üslubunda bəzədilmiş ayrıca platformada nümayiş olunacaq. Bütün platformalar amortizatorlarla təchiz ediləcək ki, 40 dəqiqəlik Qahirə səyahəti zamanı “qiymətli xəzinə”lərin heç biri yollarla təsadüfən zədələnməsin. Mumiya paradı atəşfəşanlıq və fəxri yaylım atəşinin sədaları altında Təhrir meydanındakı Misir Muzeyindən Fustatdakı Misir Sivilizasiyasının Milli Muzeyi boyunca baş tutacaq.

Paytaxtın cənubundakı yeni muzey 2017-ci ildə qapılarını məhdud eksponatlara açıb və bu həftə bazar günü tam şəkildə açacaq. Ancaq mumiyalar 18 aprel tarixindən etibarən kütləvi nümayişdə olacaq.


Oxşar xəbərlər