USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

MM Pakistan və Azərbaycanın fövqəladə hallarda əməkdaşlığına dair Sazişi ratifikasiya edib


  • Siyasət,
  • 7 ay əvvəl əlavə olunub,
  • 68 dəfə oxunub
MM Pakistan və Azərbaycanın fövqəladə hallarda əməkdaşlığına dair Sazişi ratifikasiya edib

Pakistan və Azərbaycan arasında Birgə İşçi Qrupu yaradılacaq.

Simurq.net in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu sazişin müddəalarının həyata keçirilməsi məqsədilə tərəflər Birgə İşçi Qrup yaradaraq qrup üzvlərinin sayını, tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edəcək.

Saziş qüvvəyə mindikdən sonra Birgə İşçi Qrupu əməkdaşlıq üzrə kompleks plan işləyib hazırlayacaq və təsdiq edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Oxşar xəbərlər