USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Moldovanın Konstitusiya məhkəməsi prezidentin fərmanını qanunsuz elan edib


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 53 dəfə oxunub
Moldovanın Konstitusiya məhkəməsi prezidentin fərmanını qanunsuz elan edib

Moldovanın Konstitusiya məhkəməsi prezident Maya Sandunun fərmanını qanunsuz elan edib.

Simurq.net in TASS-a istinadən verdiyi xəbər görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

"Moldova Respublikası Prezidentinin 11 fevral 2021-ci il tarixli 32-IX nömrəli fərmanının (Baş nazir vəzifəsinə namizəd göstərilməsi haqqında) konstitusiyanın pozulması kimi tanınır", - deyə Konstitusiya məhkəməsinin qərarında bildirilib.

Qeyd edək ki, prezident M. Sandu namizədliyi daha əvvəl parlament tərəfindən rədd edilmiş Natalya Gavrilitsanı yenidən baş nazir vəzifəsinə namizəd göstərib. 


Oxşar xəbərlər