USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Mustafa Şəntop ABŞ-ın Qarabağ məsələsinə münasibətindən danışdı


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 55 dəfə oxunub
Mustafa Şəntop ABŞ-ın Qarabağ məsələsinə münasibətindən danışdı

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop ABŞ-ın Qarabağ məsələsinə yanaşmasından bəhs edib.

“Haber Global” məlumat verir ki, bu barədə o, senatorlarının ABŞ Prezidenti Co Baydenə Türkiyə ilə bağlı ünvanladıqları məktubla əlaqədar müsahibə verərkən deyib.

Türkiyə parlamentinin spikeri bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupu həmsədrlərindən biridir. O, beynəlxalq hüquqa görə bu problemi işğalçı ölkəni o torpaqlardan çıxarmaqla həll edə bilər.

Şəntop bildirib ki, ABŞ beynəlxalq hüquq baxımından dövlət siyasətinə də uyğun olaraq Azərbaycanın yanında olmalıdır. Bunun əvəzinə isə senatorlar Ermənistanı nəinki qınayır, hətta Azərbaycanı və onu beynəlxalq hüquq qaydalarına əsasən dəstəkləyən Türkiyəni tənqid edirlər.


Oxşar xəbərlər