USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Myanma polisi tərəfindən saxlanılan yapon jurnalistin yeri məlum deyil


  • Dünya,
  • 2 ay əvvəl əlavə olunub,
  • 21 dəfə oxunub
Myanma polisi tərəfindən saxlanılan yapon jurnalistin yeri məlum deyil

Myanma hüquq-mühafizə orqanları etiraz aksiyalarını işıqlandıran yapon jurnalist Yuki Kitazumini saxlayıb.

Simurq.net “Kyodo” agentliyinə istinadən xəbər verir ki, 45 yaşlı jurnalist Yanqondakı evinin yaxınlığında saxlanılıb.

Bildirilib ki, Yaponiya diplomatlar hələ də jurnalistin yerini tapa bilməyiblər. Onun mobil Cib telefonuna zəng çatmır. 

O, bu ilin fevralında da Myanmada saxlanılmışdı, lakin dərhal sərbəst buraxılmışdı.

Qeyd edək ki, hazırda müstəqil jurnalist kimi çalışan Kitazumi əvvəllər Yaponiyanın aparıcı qəzetlərindən olan “Nikkei”də işləyib.


Oxşar xəbərlər