USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Myanmada 23 mindən çox məhbus əfv edildi


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 193 dəfə oxunub
Myanmada 23 mindən çox məhbus əfv edildi

Myanma ordusu 23 mindən çox məhbusun əfvini elan edib.

TASS bu barədə ölkənin silahlı qüvvələrinin Baş Komandanı Min Aun Hlaynın bəyanatına istinadən məlumat yayıb.

Qeyd edilir ki, Myanma məhkumları layiqli vətəndaşa çevirmək, cəmiyyəti məmnun etmək üçün sülh, inkişaf və qanunlarla yeni bir demokratik dövlət qurur.

Əfv qərarı 55-i əcnəbi olmaqla 23 314 məhkuma aid edilir.

Ölüm cəzası sərbəst buraxılmamaqla ömürlük cəza, ömürlük cəza isə 40 il həbs cəzası ilə əvəz olunub.

Eyni zamanda, hərbçilərin hakimiyyətə gəlməsindən sonra Myanmada 262 nəfər nəzarətə alınıb. Bundan əlavə, ordu qurumların işini iflic etmək üçün dövlət adamlarını etiraz aksiyasına qoşulmağa inandıran insanları mühakimə etməklə hədələyib.

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu 2020-ci ilin noyabr seçkilərindəki genişmiqyaslı saxtakarlıqları əsas gətirərək ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib və rəhbərliyi vəzifəsindən uzaqlaşdırıb.


Oxşar xəbərlər