USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Naxçıvanın xarici ticarət dövriyyəsi 12%-dən çox artıb


Naxçıvanın xarici ticarət dövriyyəsi 12%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 12,3% azalaraq 79 733,8 min ABŞ dolları təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə bu ilin ilk rübündə ixracın həcmi 0,6% artaraq 53 851,9 min dollar olub.

Hesabat dövründə idxalın həcmi 25 881,9 min dollar təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 48,2% çoxdur.

Nəticədə, 27 970 min dollarlıq müsbət saldo yaranıb.


Oxşar xəbərlər