USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Nazir teatr direktoruna yeni vəzifə verdi - FOTO


Nazir teatr direktoruna yeni vəzifə verdi - FOTO

Ağdaş Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

Simurq.net in məlumatına görə, bununla bağlı Mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Səxavət Məmmədova həvalə olunub.

O, bu təyinatadək Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bir müddət əvvəl işdən çıxarılıb.

Xatırladaq ki, Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarını əhatə edir.



Oxşar xəbərlər