USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Nazir: "Təhsil müəssisələrinin fəaliyyətini təmin etmək üçün peyvənd olunma zəruridir"


  • Gündəm,
  • 8 ay əvvəl əlavə olunub,
  • 86 dəfə oxunub
Nazir: "Təhsil müəssisələrinin fəaliyyətini təmin etmək üçün peyvənd olunma zəruridir"

"Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".

Simurq.net in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib. Onun sözlərinə görə, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".


Oxşar xəbərlər