USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Neftçalada atəş açan şəxs tutulub


  • Hadisə,
  • 2 ay əvvəl əlavə olunub,
  • 27 dəfə oxunub
Neftçalada atəş açan şəxs tutulub

Aprelin 8-də Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Ağayev xuliqanlıq zəminində qohumu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abasov istiqamətində ov tüfəngindən havaya atəş açıb. Xəsarət alan olmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən xəbərə görə, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Ağayev saxlanılıb və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülüb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.


Oxşar xəbərlər