USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib


  • Ölkə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 4644 dəfə oxunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumları 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyində olan qurumlara xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib. Bura məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili üzrə müvafiq tədbirlərin görülməsi daxildir.


Oxşar xəbərlər