USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Nigeriya hökuməti qaçırılan məktəblilərə görə pul ödəməkdən imtina etdi


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 61 dəfə oxunub
Nigeriya hökuməti qaçırılan məktəblilərə görə pul ödəməkdən imtina etdi

Nigeriya hökuməti məktəbliləri qaçıranlarla danışıqlar aparır.

Bu barədə “Vanguard” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, hakimiyyət orqanları şagirdlərin əvəzində quldurlara pul ödəməkdən boyun qaçırıb. Yayılan xəbərlərə görə, cinayətkarlar qaçırdıqları 42 nəfərə - 27 şagird və 15 müəllimə görə iki milyon dollar tələb ediblər.

Xatırladaq ki, fevralın 17-də bir qrup silahlı Kaqara şəhərində yerləşən kollecin şagird və müəllimlərini qaçırıb. Hadisə nəticəsində bir tələbə öldürülüb, bir neçəsi isə yaralanıb.

Qeyd olunur ki, tələbə forması geyinmiş yaraqlılar yataqxanaya gecə saat 2-də basqın ediblər.


Oxşar xəbərlər