USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Nigeriyada ​​yeni hökumət quruldu


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 80 dəfə oxunub
Nigeriyada ​​yeni hökumət quruldu

Nigeriyada ​​Baş nazir təyin olunan Ouhoumoudou Mahamadou yeni hökuməti qurub.

“Anadolu” agentliyi xəbər verir ki, ölkə Prezidenti Məhəmməd Bazum tərəfindən 3 aprel tarixində baş nazir təyin edilən Mahamadou tərəfindən qurulan hökumət 33 nazirdən ibarətdir.

Köhnə kabinetdəki bəzi şəxslər yerində qalıb, hökumətə 22 yeni ad qatılıb.

Yeni hökumətdə eks-prezident Mahamadou İssoufounun oğlu Mahamane Sani Mahamadounun Neft, Enerji və Bərpa olunan Enerji nazirliyinə təyin edilməsi diqqət çəkib.

21 fevralda Nigeriyada ​​keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Bazum 2 aprel tarixində təşkil edilən mərasimdə and içib və vəzifəsinə başlayıb.


Oxşar xəbərlər