USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Nikol Paşinyan Ermənistanı tərk etməyəcəyini deyib


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 101 dəfə oxunub
Nikol Paşinyan Ermənistanı tərk etməyəcəyini deyib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni tərk etməyəcəyini bildirib.

"Simurq.net"in "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazir Nikol Paşinyan tərəfdarları ilə birlikdə İrəvanın mərkəzində keçirdiyi yürüş zamanı deyib.

N. Paşinyan onun ölkəni tərk etməsinə dair yayılan xəbərləri informasiya terroru kimi qiymətləndirib: “Mən heç yerə getmirəm və getməyəcəyəm. Ailəm də buradadır".

Qeyd edək ki, sosial şəbəkələrdə N. Paşinyanın ölkəni tərk edəcəyinə dair xəbərlər yayılıb.


Oxşar xəbərlər