USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

OPEC Qazaxıstanda maye karbohidrogenlər hasilatı üzrə proqnozunu artırıb


OPEC Qazaxıstanda maye karbohidrogenlər hasilatı üzrə proqnozunu artırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Qazaxıstan üzrə 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı proqnozunu yüksəldib.

Bu barədə Simurq.net OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,83 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 120 min barel çoxdur.

Qeyd edilir ki, 2020-ci ildə Qazaxıstanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,71 mln. barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 110 min barel azdır.


Oxşar xəbərlər