USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Paris polisi sakinlərin Sena çayının sahilində istirahətinə icazə verməyib


  • Dünya,
  • 3 ay əvvəl əlavə olunub,
  • 54 dəfə oxunub
Paris polisi sakinlərin Sena çayının sahilində istirahətinə icazə verməyib

Parisdə polislər Sena çayının kənarında istirahət edən çoxlu sayda şəxsi COVID-19 qadağalarına və digər profilaktik tədbirlərə əməl etmədiklərinə görə ərazidən uzaqlaşdırıblar.

Bu barədə məlumat Paris prefekturası polisinin “Twitter” səhifəsində dərc edilib.

Açıqlamada qeyd olunur ki, Sena sahilində istirahət edən şəxslər sanitariya tədbirlərinə riayət etməyiblər.

Xatırladaq ki, son rəqəmlərə əsasən, Fransada dörd milyondan çox insanın COVID-19-a yoluxduğu müəyyən edilib.

88 726 fransalı pandemiyanın qurbanı olub.


Oxşar xəbərlər