USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Paşinyan baş qərargah rəisini istefaya göndərdi


  • Dünya,
  • 8 ay əvvəl əlavə olunub,
  • 97 dəfə oxunub
Paşinyan baş qərargah rəisini istefaya göndərdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

Bu barədə o, yüksək rütbəli erməni hərbçilərin baş nazirinin istefasını tələb edən ortaq açıqlamasından dərhal sonra “Facebook”da canlı yayımda bildirib.

“Vəziyyət çox çətindir. Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar verdiyimi bilirsiniz. Bu qərarların səbəbini açıqlayacağam. İndi ən vacib vəzifə vətəndaş və xalq hakimiyyətinin qorunmasıdır”, - deyə o qeyd edib.


Oxşar xəbərlər