USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Paşinyan: "Ermənistanın xarici təhlükəsizliyinin əsası Rusiya ilə hərbi ittifaqdadır"


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 54 dəfə oxunub
Paşinyan: "Ermənistanın xarici təhlükəsizliyinin əsası Rusiya ilə hərbi ittifaqdadır"

"Ermənistanın xarici təhlükəsizliyinin əsası Rusiya ilə hərbi ittifaqdadır". 

Simurq.net in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.  

"Ermənistan öz təhlükəsizliyini necə təmin etməlidir? Biz vurğulamalıyıq ki, Ermənistanın xarici təhlükəsizliyinin təməli Rusiya ilə hərbi ittifaqdadır və bu ittifaq imzalanmış müqavilələrlə müəyyən edilib. Bu kontekstdə Ermənistan-Rusiya ortaq qüvvələrinin formalaşması və hava hücumundan vahid müdafiə sisteminin yaradılması bizim üçün praktik əhəmiyyətə malikdir. Bu iki sistemin məntiqinə əsasən Ermənistana hücum Rusiyaya hücum deməkdir".

N.Paşinyan əlavə edib ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının imkanlarının genişləndirilməsi və bu bazanın Sünik bölgəsində bir bölməsinin yaradılması müzakirə edilir.

"Bu müzakirələr çox səmərəlidir. Belə olan halda Rusiya sərhədçiləri Sünikdəki dövlət sərhədinin qorunmasında iştirak edəcək", - deyə Ermənisnanın Baş naziri əlavə edib.


Oxşar xəbərlər