USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Pekin aeroportları qum qasırğasına görə 400-dən çox aviareysi ləğv edib


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 45 dəfə oxunub
Pekin aeroportları qum qasırğasına görə 400-dən çox aviareysi ləğv edib

Pekinin Şoudu və Dasin hava limanları martın 15-də qum qasırğası səbəbindən 428 aviareysi ləğv edib. Havadakı incə qatı hissəciklərin konsentrasiyası icazə verilən maksimum dərəcəni 160 dəfə aşıb.

Simurq.net in TASS-a istinadən verdiyi məlumata görə, görüntü pisləşib, yollarda tıxac əmələ gəlib.

Sinoptiklər açıq havada tədbirlərin keçirilməməsini, meqapolis sakinlərinə isə qətiliklə ehtiyac olmadığı təqdirdə çölə çıxmamağı tövsiyə ediblər. Vəziyyətin yalnız martın 16-da sabitləşəcəyi gözlənilir.


Oxşar xəbərlər