USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Perunun xarici işlər naziri növbədənkənar peyvənd olunduğuna görə istefa verdi


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 1643 dəfə oxunub
Perunun xarici işlər naziri növbədənkənar peyvənd olunduğuna görə istefa verdi

Perunun Xarici İşlər naziri Elizabet Astete Çinin “Sinopharm” şirkətinin peyvəndini ilk dozasını kliniki sınaqlardan keçməmiş və milli immunizasiya proqramı başlamadan vurdurduğunu etiraf etdikdən sonra istefaya gedib.

Bu barədə siyasətçi “Twitter” hesabında yazıb.

“Mən necə ciddi səhvə yol verdiyimi dərk edirəm, buna görə də peyvəndin ikinci dozasını vurdurmamağa qərar verdim. Yaranmış vəziyyətlə əlaqədar prezidentə istefa ərizəmi təqdim etdim”, - deyə Astete yazıb.


Oxşar xəbərlər