USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Polkovnik: "Ordumuz müharibə vaxtı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib"


  • Ölkə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 38 dəfə oxunub
Polkovnik: "Ordumuz müharibə vaxtı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib"

Azərbaycan Ordusu döyüş hazırlığına uyğun olaraq səhra vərdişlərinin daha da artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Simurq.net in məlumatına görə, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının zabiti polkovnik Pərviz İbrahimov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonrakı təhlillər onu göstərir ki, ordumuz müharibə vaxtı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib: “Hazırda qarşımızda duran əsas vəzifələr - gecə məhdud görmə şəraitdə dağlıq ərazilərdə düşmənə daha da kəskin zərbələr endirmək, atəş tapşırıqlarını yerinə yetirmək üçün pilotsuz uçuş aparatları ilə qarşılıqlı fəaliyyəti geniş tətbiq etmək və onlardan alınan kəşfiyyat məlumatlarını analiz etməkdir".

Fəzail Səfərov.


Oxşar xəbərlər