USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Porno saytı “İnter”in sponsoru ola bilər


  • İdman,
  • 3 ay əvvəl əlavə olunub,
  • 69 dəfə oxunub
Porno saytı “İnter”in sponsoru ola bilər

Eyni adlı porno saytının sahibi olan “Stripchat” şirkəti Milanın “İnter” klubunun sponsoru olmaq istəyir.

Bu barədə “Football İtalia” resursu məlumat yayıb.

Məlumatda bildirilir ki, avtomobil şinləri istehsalçısı “Pirelli”nin müvafiq sazişi uzatmaqdan imtina etməsindən sonra məşhur futbol klubu sponsor axtarışındadır. Pulsuz canlı efir imkanı verən pornosayt isə “Pirelli”ni əvəz etməyə ən real namizədlərdəndir.

Hərçənd, onlayn resursla futbol klubu arasında müqavilənin məbləği barədə fikir ayrılığı var. Belə ki, “Stripchat” Milan kollektivinə 23 milyon avro ödəmək niyyətində olduğu halda, klub rəhbərliyi 30 milyono avro tələb edir.

Qeyd edək ki, hazırda “İnter” 62 xalla ölkə çempionatının lideridir. O, ən yaxın izləyicisi olan “Milan”dan 6 xal öndədir.


Oxşar xəbərlər