USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub


  • Siyasət,
  • 5 ay əvvəl əlavə olunub,
  • 53 dəfə oxunub
Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı sosial dəstək tədbirləri həyata keçirir.

ƏƏSMN-dən verilən məlumata görə, müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 13 min şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub.

Belə ki, şəhid ailələrinin üzvləri olan 7 200 nəfərə aylıq sosial təminat növləri (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) üzrə ödənişlər təyin edilib. 9 min şəxsə sosial psixoloji dəstək göstərilib. 1 210 müharibə əlili 1220 reabilitasiya vasitəsi, o cümlədən 15 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub.

2 500-dən çox şəxsə isə aktiv məşğulluq tədbirləri vasitəsilə dəstək göstərilib. Onlardan 2 200-ü özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin edilib. 250-dək şəxsin ödənişli ictimai işlər, digərlərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub.


Oxşar xəbərlər