USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Prezident: "300-dən çox qazimiz ən müasir protezlərlə təmin ediləcək"


  • Siyasət,
  • 5 ay əvvəl əlavə olunub,
  • 59 dəfə oxunub
Prezident: "300-dən çox qazimiz ən müasir protezlərlə təmin ediləcək"

“Bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksi istifadəyə verilir. Bu münasibətlə sizi təbrik edirəm. Burada otuz bina inşa edilib. Binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib, mənzillər də çox genişdir, işıqlıdır. Uşaq bağçası, 1200 şagird yerlik məktəb inşa edilir. Yəni, yaşayış üçün bütün imkanlar var və bu münasibətlə sizi ürəkdən təbrik edirəm”. 

Simurq.net in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışında deyib. 

Prezident qeyd edib ki, müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib: “Bu gün, eyni zamanda, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı da olub. Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. Mənə bu gün verilən məlumata görə, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsuludur, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər”.


Oxşar xəbərlər